Bakıda məmur olmaq istəyən qadının başına oyun açıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məmur olmaq istəyən qadının başına oyun açıldı

Kriminal

18 Aprel 2024 22:43 1417


Bakıda qadına qarşı dələduzluq edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub.

Zərərçəkən ifadəsində təxminən bir il bundan öncə Anar adlı şəxsə 20 min manat verdiyini amma qarşılığında Anarın söz verdiyi kimi dövlət orqanlarından birinə şöbə müdiri kimi işə düzəlmədiyini bildirib. Marqarita pizza

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qadının etibarından sui-istifadə edərək pulunu ələ keçirən Bakı şəhər sakini 45 yaşlı Anar Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!