Bakıda məşhur tikinti şirkəti dövlətin yolunu şəxsi parklanmaya çevirib - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur tikinti şirkəti dövlətin yolunu şəxsi parklanmaya çevirib - FOTO

Avto

30 Avqust 2024 16:42 5537


Bakıda obyektin qarşısının zəbt olunması ilə bağlı oxuculardan biri redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nəriman Nərimanov rayonundan gedir.

Belə ki, Yanvar Nəsirov və Zeynal Xəlilov küçələrinin kəsişməsində (keçmiş Montin bazarının yanında) yerləşən "RR Construction" tikinti şirkətinin qarşısı qanunsuz olaraq zəbt olunub: "Əvvəl sakinlərlə birgə avtomobilimizi orada rahat park edə bilirdik. Lakin indi dəmir maneələr quraşdırılaraq ərazi özəlləşdirilib. Aidiyyəti qurumlardan xahiş edirik ki, dövlətin yolunu şəxsi parklanmaya çevirən şəxsləri məsuliyyətə cəlb etsin və quraşdırılmış dəmir maneələr sökülsün" - deyə oxucu bildirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilə bilər. Dördpendirli pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!