Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bakıda narkotacirlərə qarşı əməliyyat keçirildi:  3 nəfər saxlanıldı
02 Avq 2021 11:44
356

Bakıda narkotacirlərə qarşı əməliyyat keçirildi: 3 nəfər saxlanıldı

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakinləri Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutulublar.

Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı hazır bükümlər şəkildə satış üçün qablaşdırılan heroin və metamfetamin, elektron tərəzilər və satışı qadağan edilən psixotrop tərkibli “Metadon” həəbləri aşkar edilib.

Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutularaq istintaqa cəlb olunublar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər