Bakıda qohumunun evindən 9 min manat oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qohumunun evindən 9 min manat oğurladı

Kriminal

19 Fevral 2026 17:26 411


Xətai rayonunda yerləşın evlərin birindən oğurluq edilib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9000 manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib. pizza

Xətai Rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!