Şirkətin pullarını oğurlayıb “TikTok”da hədiyyələrə xərclədi

saytların hazırlanması

Evə çatdırılma

Şirkətin pullarını oğurlayıb “TikTok”da hədiyyələrə xərclədi

Kriminal

27 Noyabr 2026 13:10 44


Bakıda hotel və əlaqələri biznes sahələrində fəaliyyət göstərən “Resant Consulting Managment” şirkətinə məxsus bank kartından xeyli miqdarda pul oğurlanıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsi üzrə cinayət işi açılıb.

Araşdırmalarla oğurluq hadisəsinin şirkətin 331 yaşlı qadın əməkdaşı Ş.H-nin törətdiyi məlum olub.  Online alış-veriş

O, şirkətə məxsus bank kartından 15 min manata yaxın vəsaiti gizli olaraq mənsiməyərək, həmin pullarla “TikTok”da digər istifadəçilərə onlayn hədiyyələr göndərib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, qadın müdirinin telefonla olan işlərini o həll edib. Buna görə də, bank kartının məlumatları özünə məxsus telefonda qalıb:

"Bank kartının şirkətə məxsus olmasından xəbərim olmayıb. Ərimlə Həyat yoldaşımla münasibtəimiz pis idi, elə bildim ərimin kartıdır. Ona görə də öz istəyimə uyğun bank kartını istifadə etmişəm”.

Dəymiş zarərin qarşı tərəfə geri ödənilməsi təmin edilib. Məhkəmənin hökmü ilə, sözügedən əməllərdə təqsiri sübuta yetirilən qadının azadlığı 2 il müddətinə məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!