Bakıda tanınmış şirkət 22500 manat cərimələndi
12 Avq 2020 20:31
797

Bakıda tanınmış şirkət 22500 manat cərimələndi

“Əcəmi-18” Mənzil Tikinti Kooperativi (MTK) inzibati qaydada cərimələnib.

Yenisabah.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi 4 avqust 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yazdığı protokola əsasən şirkətin 22 500 manat cərimə edilməsi barədə qərar çıxarıb. 

“Əcəmi-18” İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, şirkət qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Avqustun 13-də hakim Murquzov İlqar Mustafa oğlunun sədrliyi ilə qərardan verilən şikayətə baxılacaq.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər