Bakıda toy karvanında sürücülər arasında dava düşdü - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda toy karvanında sürücülər arasında dava düşdü - VİDEO

Kriminal

08 İyun 2023 08:53 1041


Bakıda toy karvanında dava düşüb.

İki “Niva” markalı avtomobilin sürücüsü yolda “Prius” markalı avtomobilin sürücüsü ilə mübahisə edib.

Avtomobillərdən birinin sürücüsü hərəkətin əksinə dayanaraq digər nəqliyyat vasitələrinin gedişinə maneə yaradıb. Bununla bağlı videokadrlar sosial şəbəkələrdə paylaşılıb. Pepperoni pizza

Hadisə paytaxtın Neftçilər prospektində qeydə alınıb. Hələlik bilinməyən səbəbdən ağ və qara rəngli “Niva” markalı avtomobillər hərəkətdə olan “Toyota Prius” markalı maşını sıxışdırıblar. Daha sonra avtomobillərin sürücüləri arasında mübahisə olub.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə deyib ki, yayılan görüntülər nəzarətə götürülüb və sürücülərin aşkarlanaraq inzibati qaydada məsuliyyətə cəlb edilmələri istiqamətində axtarış aparılır.

Qeyd edək ki, baş verən bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 100 manat və 4 balla nizamlanır.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!