15 Avqust - 16:57
Bakıda universitet müəlliminin evindən 50 min oğurlandı

Bakıda universitet müəlliminin evindən 50 min oğurlandı

Kriminal

14 Yanvar 2022 17:37 757


Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb.

Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Quliyeva və X.Məmmədov saxlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!