Bakının bu kəndində YOL BAĞLANIR –   Sürücülərə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu kəndində YOL BAĞLANIR – Sürücülərə xəbərdarlıq

Sosial

20 Sentyabr 2026 16:07 1228


Sentyabrın 21-dən etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində avtomobillərin hərəkətində məhdudiyyət tətbiq ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, saat 09:00-dan etibarən Baloğlan Bağırov küçəsinin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılacaq. pizza hut

Təmir işlərinin gedişindən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və ərazidə mümkün sıxlığın qarşısının alınması məqsədilə əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!