“Mançester Yunayted”in gənc ulduzu “Real Madrid”də

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Yunayted”in gənc ulduzu “Real Madrid”də

İdman

05 Noyabr 2026 14:30 27


"Mançester Yunayted"in gənc futbolçusu JJ Gabriel-in yanvar ayında "Real Madrid"ə transfer olacağı gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, klublar və təmsilçilər arasında keçirilən danışıqlarda artıq xeyli irəliləyiş əldə olunub və tərəflər prinsipial razılığa yaxındırlar.

Transferin rəsmiləşməsi azyaşlı futbolçuların keçidi ilə bağlı FIFA-nın sərt reqlamentinə və hüquqi qaydalarına tam uyğun olmalıdır. Razılaşma hələ tam yekunlaşmasa da, prosedurların yanvar ayınadək tamamlanması planlaşdırılır. Toyuqlu pizza

Mövcud qaydalara əsasən, "Mançester Yunayted" bu keçiddən böyük transfer məbləği deyil, yalnız gənc futbolçunun akademiya səviyyəsində yetişdirilməsinə görə nəzərdə tutulan kompensasiya almaq hüququna malik olacaq. Bu ödəmə adətən altırəqəmli məbləğlərlə ölçülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!