Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası

saytların hazırlanması

Evə çatdırılma

Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası

Sosial

05 Noyabr 2026 14:50 82


Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı maliyyə araşdırmalarına başlanılıb.

"Yeni Sabah" gununsesi.info-ya istinadla xəbər verir ki, Xankəndi, Ağdərə və Xocalıda təmir, abadlıq və tikinti işləri üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verildiyi üzə çıxıb.

İlkin məlumatlarda həmin layihələr çərçivəsində təxminən 15 milyon manat vəsaitin mənimsənilməsi ehtimalından bəhs edilir. Elçin Yusubov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də məhz bu araşdırmalar çərçivəsində çağırılıb. Onun rəhbərlik etdiyi dövrdə həyata keçirilən tikinti və abadlıq layihələri, ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsi və görülmüş işlərin həcmi yoxlanılır. Yusubovdan başqa Xüsusi Nümayəndəliyin mühasibinin, habelə adıçəkilən rayonlarda təmir-tikinti işləri aparan MMC-lərin rəhbərləri də dindirilib. pizza sifarişi

E.Yusubov 22 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!