“Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardoya İspaniyada hökm oxunub.
Yenisabah.az xarici xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu 6 il müddətinə azadlıqdan məhrum edilib.
“Koke” ləqəbi ilə tanınan Pardo Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstənin üzvü olduğunu etiraf edib. Onun 16 illik həbsi tələb olunsa da, Malaqa məhkəməsi müddətin 6 illə kifayətlənib.“Koke” ilə yanaşı, daha 17 nəfər dəstə üzvü kimi həbs olunub. Marqarita pizza
Serxio Kontreras Pardo 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilmişdi. 8 ay həbsdə qaldıqdan sonra 2021-ci ilin iyulunda 15 min avro girov ödədikdən sonra şərti azadlığa buraxılıb. Lakin bu ilin martında yenidən saxlanılıb.
2012-ci ildə “Bakı”da çıxış etmiş "Koke" 4 il sonra karyerasını başa vurub. O, Fransada “Olympique de Marseille”, İspaniyada isə “Malaga” kimi klubların formasını geyinib.
Telegram kanalımız