Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva bal ayına yollanıb.
Yenisabah.az xəbər verir ki, o bal ayı üçün həyat yoldaşı Kənanla İndoneziyada yerləşən Bali adasını seçib.
İstirahətdən görüntülərini paylaşan Aynişan adanın mənzərəsini bəyənsə də, havasızlıqdan və meyvələrin dadsız olmasından gileylənib:
"Bu günə olan təəssüratlarımız: Dünyanın ən saf və gülərüzlü insanları burada yaşayır. Havasızlıqdan boğuluruq, sanki qutudayıq. Meyvə və tərəvəzləri dadsızdır (Əksini gözləyirdik). Təbiətin gözəlliyi möhtəşəmdir".
Qeyd edək ki, Aynişanın qız toyu fevralın 1-i, oğln toyu isə fevralın 8-i olub.
Həmin görüntüləri təqdim edirik:
https://cdn.yenisabah.az/files/lukss1.jpg
https://cdn.yenisabah.az/files/lukss2.jpg
https://www.youtube.com/watch?v=qjH6VyOtXts&fbclid=IwAR3Apm6eSngr5nzKRCp4j1xPvycML1rSxaRQlWgZ26Ac7PUemLJ1U_wj7M0 Telegram kanalımız