Balina ovuna icazə uzadılıb

saytların hazırlanması

Evə çatdırılma

Balina ovuna icazə uzadılıb

Dünya

21 Fevral 2019 18:43 1827


İslandiyanın Balıqçılıq və Kənd Təsərrüfatı Nazirliyi balina ovuna icazənin müddətini daha 5 il, yəni 2023-cü ilədək uzadıb.

Nazir Kristian Tor Yuliusson bildirib ki, söhbət bu məməlilərin iki növündən gedir:

"İslandiyada finval və kiçik zolaqlı balina növləri ilə bağlı vəziyyət yaxşıdır və son 10 ildə davam edən ovçuluq onların populyasiyasına böyük mənfi təsir göstərməyib". pizza

Finval ovuna illik kvota 209, kiçik zolaqlılar üçün isə 217 ədəd təşkil edəcək.

Dünya ictimaiyyəti İslandiyanın bu addımını kəskin pisləyir.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!