Baş Nazir yeni qərar imzaladı
22 May 2020 20:05
1012

Baş Nazir yeni qərar imzaladı

Nazirlər Kabineti “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın təsdiq edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci və 58-ci maddələrinin ikinci hissələrinə əsasən hazırlanıb.

Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

Qərarın tam mətni ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Oxşar xəbərlər