Bayden ölkədə xüsusi rejimin müddətini daha bir il uzatdı

saytların hazırlanması

Evə çatdırılma

Bayden ölkədə xüsusi rejimin müddətini daha bir il uzatdı

Dünya

20 Sentyabr 2022 13:51 765


ABŞ prezidenti Co Bayden 2001-ci ildə yaradılmış və terrorla mübarizə məqsədi daşıyan xüsusi rejimin müddətini daha bir il uzatmaq qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidentinin müvafiq bəyanatı sentyabrın 19-da Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

“Terror aktları törədən, törətməklə hədələyən və ya terroru dəstəkləyən şəxslərin hərəkətləri əvvəlki kimi, ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhdiddir. Bu səbəbdən, 23 sentyabr 2001-ci il tarixli fərman çərçivəsində elan edilmiş fövqəladə vəziyyət rejimi daha bir il müddətinə uzadılacaq”, – deyə sənəddə bildirilir. Dördpendirli pizza

Xatırladaq ki, sözügedən fərmanı 2001-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Corc Buş imzalayıb. Bu, federal orqanlara terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq, o cümlədən terror aktı törətmiş və ya törətmək ehtimalı olan şəxslərin aktivlərinə həbs qoymaq imkanı verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!