18 Avqust - 05:48
Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?

Sosial

06 Avqust 2022 12:34 510


Avqustun 7-ə gözlənilən hava şəraitilə bağlı proqnoz açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunudan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 21-36° isti, dağlarda gecə 9-14° isti, gündüz, 18-23° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!