Bazar günü paytaxtda 33 dərəcə isti gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü paytaxtda 33 dərəcə isti gözlənilir

Sosial

10 İyun 2023 12:58 519


Milli Hidrometeorologiya Xidməti iyunun 11-də gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, gecə və səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!