“Belə binalarda mənzillərin satışına qadağa qoyulmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Belə binalarda mənzillərin satışına qadağa qoyulmalıdır”

İqtisadiyyat

04 Mart 2019 13:20 1167


Dövlət reyestrində qeydiyyata alınmayan binalarda mənzillərin satışı sakinlərin müxtəlif problemlərlə üzləşməsinə səbəb olur. Buna görə də, belə binalarda mənzillərin satışına qadağa qoyulmalıdı. Bu təklif Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

Ekspertlər də bildirir ki, belə binalardan mənzil alan vətəndaşlar bir neçə problemlə qarşıla bilər.

Əmlak üzrə ekspert Nofəl Quliyevin “Xəzər xəbər”ə açıqlamasına görə, əslində MTK rəhbərləri binalarının dövlət reyestrindən keçməməsində özləri maraqlıdır. Həmin binalarda satışa çıxarılan mənzillərin əmlak qeydiyyatı olmadığından alqı-satqı MTK-lar tərəfindən həyata keçirilir. Burda isə vətəndaş adi bir müqavilə üçün 3-8 min manat arasında bir məbləğ ödəyir. pizza

Eskpert hesab edir ki, belə binalarda mənzil alqı-satqısı üçün vahid bir sistem yaradılmalıdır. Əks halda bu məsələ problem olaraq qalmaqdadı.

Ekspert onu da bildirib ki, risklərə baxmayaraq dövlət reyestrində qeydiyyata alınmayan binalarda mənzillərə tələbat da çoxdu. Bu isə onların qiymətinin nisbətən ucuz olması ilə bağlıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!