Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bərdədə azyaşlı qızı zorlayan şəxs həbs edildi
02 Avq 2021 16:03
1120

Bərdədə azyaşlı qızı zorlayan şəxs həbs edildi

Daxili İşlər Nazirliyi Bərdədə azyaşlı qızın zorlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumatda qeyd olunub ki, sosial şəbəkələrdə azyaşlı qızın zorlanması və bu işin polis əməkdaşları tərəfindən araşdırılmaması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:

"İyunun 12-də Bərdə şəhər Cumalar kənd sakini C.B. saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmadığını və itkin düşdüyü barədə məlumat verib. Dərhal məlumatla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və məlum olub ki, itkin düşmüş şəxs səhər saatlarında Bərdə şəhər avtovağzalına gələrək oradan Bərdə-Bakı marşrutu ilə hərəkət edən avtomobillərdən birinə sərnişin qismində əyləşərək paytaxt istiqamətinə gedib".

DİN-in açıqlamasına görə, həmin şəxs Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq iyunun 15-də ailəsinə təhvil verilib. Daha sonra 16 iyun tarixində C.B. yenidən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək qızı H.B-nın 2020-ci ilin avqust ayında həmkəndlisi olan bir nəfər şəxs tərəfindən zorlandığını bildirib. Dərhal bu şikayət üzrə də Polis Şöbəsində araşdırmalar aparılıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyi əsasında həqiqətən də bakirəliyin pozulması müəyyən edildiyindən faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini olan həmin şəxs Y.B tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdədə azyaşlı qızın qonşusu tərəfindən zorlanması barədə məlumatlar yayılıb. İddia olunub ki, qızın atası bununla bağlı polisə dəfələrlə müraciət edib, amma məsələ ilə bağlı araşdırma aparılmayıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər