Berlində gərginlik: Yəhudi mərkəzinə “Molotov” atıldı

saytların hazırlanması

Evə çatdırılma

Berlində gərginlik: Yəhudi mərkəzinə “Molotov” atıldı

Dünya

18 Oktyabr 2023 14:16 393


Qəzza zolağında xəstəxanaya hücumdan sonra Berlində iğtişaşlar başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb. 

Oktyabrın 18-nə keçən gecə Brandenburq qapısına 300-ə yaxın adam toplaşıb. Bild yazır ki, “anti-İsrail piketi” tez bir zamanda “aqressiv nümayişə” çevrilib. Polis Brandenburq qapısı yaxınlığında yerləşən Holokost memorialını mühasirəyə alıb. Etirazçılar polisə daş və pirotexniki vasitələr atıb, təhlükəsizlik qüvvələri isə su şırnaqlarından istifadə edib.  Toyuqlu pizza

Bildirilir ki, oktyabrın 18-nə keçən gecə naməlum şəxslər yəhudi mərkəzini yandırmağa cəhd ediblər. Mərkəzə iki "Molotov kokteyli" atılıb, xəsarət alan olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!