Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Pepperoni pizza
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Niyaz Vasif oğlu Pirməmmədovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 2001-ci il təvəllüdlü Məhəbbət Şövkət oğlu Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Bəhruz oğlu Mustafayev, 2001-ci il təvəllüdlü Elburus Zümrüd oğlu Cəlalov xilas ediliblər.
Telegram kanalımız