“İcra başçısı elə bir açıqlama verməyib“ - Ağcəbədi RİH + Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“İcra başçısı elə bir açıqlama verməyib“ - Ağcəbədi RİH + Yenilənib

Sosial

17 İyun 2020 19:54 2151


"Bu, həqiqətə uyğun olmayan bir məlumatdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı belə bir açıqlama verməyib. Bu tip saytlar ayrı-ayrı sifarişləri yerinə yetirən şəxslər tərəfindən idarə olunur”.

Yenisabah.az xəbər verir ki. bu fikirlər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən Qaynarinfo-ya göndərilən açıqlamada yer alıb. 

Bildirilir ki, gununsesiaz.info saytında icra başçısının adından açıqlama yerləşdirilib. Qeyd olunur ki, Rafil Hüseynov bu sayta açıqlama verməyib və onun adından yazılanlar böhtandır. Məlumatda o da vurğulanır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının adından yayılan saxta məlumatla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək:  Marqarita pizza

"Hesab edirik ki, bu tip təxribatlar ölkəmizdəki ictimai-siyasi sabitliyi zəiflətmək üçün atılır. Belə böhtan xarakterli məlumatları sifariş verənlər və onları yayanlar cəzalandırılmalıdır ki, Azərbaycandakı əmin-amanlığa, insanların təhlükəsiz şəraitdə yaşamasına, fəaliyyət göstərməsinə hər hansı xələl gəlməsin”.

***

“Bu haqda əlavə bir söz deməyin yeri yoxdur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi səviyyəsində açıqlama olub. Təbii ki, bir ata kimi mən də oğlumu tənbeh etdim”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ötən həftə vətəndaşın mənzilinə daxil olaraq, lüt vəziyyətdə aparan polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin əməli barədə  Gununsesi.org-un sorğusuna cavabında deyib.

Xatırladaq ki, sözügedən hadisə “Yasamal hadisəsi” zamanı baş vermişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!