Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev rüşvət alarkən cinayət başında tutulub.
“Yeni Sabah” xəbər verir ki, hadisədən sonra prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə icra başçısı haqda maraqlı faktlar paylaşıb:
"Sağ əli bütün rüşvət alıb, kasıbları incidənlərin başına. Azərbaycanda tez bir zamanda rüşvətxorluğun, korrupsiyanın kökü kəsiləcək. İnşallah Prezidentimiz belə insanları cəzalandıracaq və bu başqalarına da dərs olunacaq”. pizza
Tolik daha sonra bir istifadəçinin rəyinə cavab yazıb və N. Quliyevi ona kömək etməməkdə ittiham edib:
“Mən kasıb ailəyə ev tikdirdim, bu adam bir "meşok" sement də vermədi. Bax, axırı da belə oldu".
Xatırladaq ki, tez-tez köməyə ehtiyacı olan şəxslərə gücü çatan qədər əl uzadan Tolik bir müddət öncə “İnstagram”da kasıb ailənin durumu ilə bağlı paylaşılan videodan sonra yardımsevər şəxslərin dəstəyi ilə ailənin yanına gedib və onlara yardım əlini uzatmışdı.
Telegram kanalımız