Böyük Britaniya qarşıdakı 2 ildə müdafiə büdcəsini 5 milyard funt sterlinqə artıracaq. Bu büdcənin 1,9 milyard funt-sterlinqi Ukraynaya göndərilən silahların yığılmasına, eləcə də sursat istehsal gücünün artırılmasına yönəldiləcək.
Yenisabah.az “BBC Russia”ya istinadla xəbər verir ki, müdafiə büdcəsinin artırılması bu gün dərc olunması gözlənilən yeni təhlükəsizlik strategiyasında açıqlanacaq.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kaliforniyada ABŞ prezidenti Co Bayden və Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşdən əvvəl bunu təsdiqləyib. ind-Sakit okean regionunda Çinə qarşı mübarizə məqsədilə 2021-ci ildə yaradılan AUKUS (Avstraliya, Böyük Britaniya, ABŞ) alyansının iclasında Avstraliyaya nüvə sualtı qayıqlarının tədarükü məsələsi də razılaşdırılacaq. Toyuqlu pizza
Avstraliya ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan və Rusiyadan sonra nüvə sualtı qayıqlarını idarə edən yeddinci ölkə olacaq.
Böyük Britaniya AUKUS-u dəstəkləmək, habelə sualtı qayıqların tikintisi və təmiri üçün sənaye infrastrukturunu yaxşılaşdırmaq üçün 3 milyard funt sterlinq xərcləməyi planlaşdırır.
Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra İngiltərənin müdafiə strategiyasına yenidən baxılması qərara alınıb.
Bundan başqa, “Downing Street” sözçüsü bildirib ki, müdafiə xərcləri 2025-ci ildən sonra uzunmüddətli perspektivdə ÜDM-in 2,5%-nə qədər yenidən nəzərdən keçiriləcək. NATO məlumatlarına görə, keçən il Britaniya ÜDM-nin 2,16%-ni hərbi ehtiyaclara xərcləyib. London Soyuq Müharibədən sonra ilk dəfə olaraq, ardıcıl 4 ildir ki, müdafiə xərclərini artırmağa davam edir.
Telegram kanalımız