BŞTİ-də beynəlxalq yarışın qalibləri ilə görüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

BŞTİ-də beynəlxalq yarışın qalibləri ilə görüş keçirildi

Sosial

04 Mart 2019 18:45 802


Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən qalibiyyətlə Vətənə qayıdan məktəblilərlə görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunmuş görüşdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri, Azərbaycan Şito-Ryu Karate-Do Klubunun vitse-prezidenti Fərhad Hacıyev, məşqçilər və BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev idmançıları uğurlu nəticələri  münasibətilə təbrik edib, onu da qeyd edib ki, ölkəmizdə məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı Azərbaycanın qarşıdakı illərdə bu sahədə daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Toyuqlu pizza

Azərbaycanın bir çox mötəbər idman yarışlarına ev sahibliyi etdiyini bildirən R.Tağıyev idmançı şagirdlərin bundan sonra da beynəlxalq yarışlarda ölkəmizi ən yüksək səviyyədə təmsil edəcəklərinə əminliyini bildirib.

R.Tağıyev idmançılarımızın Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edərək, bayraq daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılaraq uğurlu nəticələr əldə etmələrini şagirdlərin Vətənə olan sevgisinin təzahürü olduğunu vurğulayıb.

Sonda beynəlxalq yarışda qazandıqları qalibiyyətlərinə görə məktəblilərə BŞTİ tərəfindən Təşəkkürnamə və hədiyyələr verilib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, Tehranda keçirilmiş karate üzrə beynəlxalq yarışda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 34 şagirdi parlaq nəticə göstərib. Onlardan 20-si qızıl, 7-si gümüş, 7-si isə bürünc medala layiq görülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!