Bu avtobusda gediş haqqı 80 qəpikdir...

saytların hazırlanması

Evə çatdırılma

Bu avtobusda gediş haqqı 80 qəpikdir...

Sosial

21 Fevral 2019 03:42 874


Sosial şəbəkələrdə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Zirə qəsəbəsinə kimi fəaliyyət göstərən 187 nömrəli avtobusda gedişhaqqının 80 qəpik olması barədə xəbər vətəndaşlar tərəfindən təəccüblə qarşılanıb.  pizza mizza

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sözügedən avtobusda gedişhaqqı Tarif Şurasının qərarına əsasən tənzimlənib: “Kimsə hansısa xətdən birinci dəfə istifadə edir, qiyməti yüksək görür və bundan təəccüblənib, şou yaradır. Sonradan da onun yazdığı əsasında doğru olmayan yöndə ictimai rəy formalaşır. 187 nömrəli avtobus xəttində qiymət 80 qəpikdir. Bu, Tarif Şurasının qərarı ilə tənzimlənib. Ara dayanacaqlarda isə qiymət fərqlidir”.

  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!