Bu dəfə milyonluq üzük oğurlandı –   Gülnarə polisə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Bu dəfə milyonluq üzük oğurlandı – Gülnarə polisə müraciət etdi

Şou

16 İyul 2019 11:25 1659


“Miss Azərbaycan 2010” gözəllik müsabiqəsinin qalibi Gülnarə Əlimuradova bahalı üzüyünü itirib. O, bununla bağlı polisə müraciət edib.

RenTV-nin yaydığı xəbərə görə, 29 yaşlı qız iyulun 15-də Moskvadakı “Çayxana” restoranında istirahət edirmiş. 

Tualetə gedib qayıdan zaman Gülnarə nişan üzüyünün itdiyini görüb. Ona dəymiş zərərin 1,5 milyon rubl (təxminən 40 min manat) olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. pizza mizza

2010-cu ildə “Miss Azərbaycan” gözəllik müsabiqəsində münsiflər heyətinin 12 üzvündən 7-si qələbəni Gülnarə Əlimuradovaya verib. O, Bülbül adına musiqi məktəbinin məzunudur, daha sonra skripka sinfi üzrə Bakı Musiqi Akademiyasında ali təhsil alıb. Bir sıra brendlərin siması kimi reklam sahəsində məşhur modellərdən biri hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!