Bu dövlət qurumunun hüquqları genişləndirilir

saytların hazırlanması

Evə çatdırılma

Bu dövlət qurumunun hüquqları genişləndirilir

İqtisadiyyat

04 İyun 2026 11:04 94


Hesablama Palatasının hüquqlarının genişləndirilməsi təklif olunur.

“Yeni Sabah” xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd olunur ki, qurum dövlət auditi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılacaq informasiya sisteminə sahiblik edəcək və öz fəaliyyətini həyata keçirərkən həmin sistemdən istifadə edəcək. Sezar pizza

Bundan başqa, təklif olunur ki, Hesablama Palatasının üzvləri dövlət auditoru hesab edilsinlər.

Məlumat üçün qeyd edək ki, Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir.

Sənəddə Hesablama Palatasının sədrinin səlahiyyətlərinin də genişləndirilməsi təkif olunur.

Dəyişikliklər qəbul olunacağı təqdirdə sədr Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəylərini, hesabatlarını, məlumatlarını və təkliflərini təqdim edə biləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!