Bu ərazidə 15 gün qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidə 15 gün qaz olmayacaq

Sosial

04 Avqust 2026 12:50 179


Qazax Rayon İcra Hakimiyyəti rayonun altı kəndində qaz təchizatının müvəqqəti dayandırılacağı ilə bağlı məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, məlumatda bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi Şəmkir Regional Qaz İstismarı İdarəsinin Qazax xidmət sahəsinin rəsmi məlumatına əsasən, diametri 1220/1020 mm-lik “Qazıməmməd–Qazax” II xətt və “Qazax–Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə əlaqədar “Yuxarı Salahlı” və “Birinci Şıxlı” QPS-dən 5-6 avqust tarixlərindən 20 avqust 2026-cı ilədək qazın nəqli dayandırılacaq.

Bununla əlaqədar olaraq, qeyd olunan müddətdə rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Pepperoni pizza

İcra Hakimiyyəti bildirib ki, qaz təchizatının dayandırılması ilə bağlı vətəndaşları narahat edən hər hansı məsələ yaranacağı təqdirdə onlar Qazax Rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!