Nurlan Hacıyev Prezidentin sərəncamı ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyi olunub.
"Yeni Sabah" xəbər verir ki, buna qədər o, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri idi.
N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb. pizza mizza
Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə "Naxçıvanbank ASC"nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.
Telegram kanalımız