Paytaxtda tibb müəssisələrinə gələn vətəndaşların rahat hərəkətini təmin etmək məqsədilə yeni dəyişikliklər edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Bakının daha 7 ünvanında parklanma yerlərinin bir hissəsi ləğv olunaraq həmin ərazilərdə taksilər və fərdi avtomobillər üçün xüsusi minib-düşmə məntəqələri yaradılıb. Bunun üçün müvafiq olaraq "5.14" – "minik taksilərinin duracaq yeri" və "3.28" – "durmaq qadağandır" yol nişanları quraşdırılıb. pizza mizza
Dəyişikliklər aşağıdakı ünvanlarda tətbiq olunub:
Məzahir Rüstəmov küçəsi – 7 nömrəli şəhər poliklinikası;
Lermontov küçəsi – 22 nömrəli şəhər poliklinikası;
Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi – 25 nömrəli şəhər poliklinikası;
Məmmədəli Şərifli küçəsi – 4 nömrəli Vərəm Əleyhinə Dispanser;
Əhməd Cavad küçəsi – Respublika Kliniki Uroloji Xəstəxanası;
Əcəmi Naxçıvani küçəsi – Medera Hospital;
Natiq Əhmədov küçəsi – Məlhəm Beynəlxalq Hospitalı.
AYNA bildirib ki, görülən işlər nəticəsində sərnişinlərin taksi və digər nəqliyyat vasitələrinə daha rahat minib-düşməsi təmin olunacaq.
Qeyd edək ki, layihə çərçivəsində indiyədək paytaxtın 20 müxtəlif ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşısında xüsusi minib-düşmə yerləri yaradılıb.
Telegram kanalımız