Lerik Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
"Yeni Sabah" xəbər verir ki, bununla bağlı icra başçısı Rövşən Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Ramal Kaməddin oğlu Məstiyev Lerik icra başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib. pizza mizza
Qeyd edək ki, Ramal Məstiyev Lerik şəhərində anadan olub, 29 yaşı var. Yeni təyinata qədər R.Məstiyev Lerik Aqrara İnkişaf Mərkəzində böyük məsləhətçi vəzifəsində çalışıb. /Modern.az
Telegram kanalımız