Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bu insanlar faktiki İranın agentləridir” – Rəsul Quliyev 
25 İyl 2021 20:15
44070

“Bu insanlar faktiki İranın agentləridir” – Rəsul Quliyev 

“Mən ümumiyyətlə dindar deyiləm. Azərbaycanlıların fikrimcə azı 80-90 faizi dindar deyil. Mən bir çox azərbaycanlı kimi dini adət ənənələrə əməl edirəm, ancaq dünyanı dinin idarə etdiyini qəbul etmirəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, qeyd edib ki, islam dini say baxımından dünyanın 2-ci və ya 3-cü dindir;

“Əgər Allah bizim, ümumiyyətlə dünya əhalisinin azı yarısının qəbul etdiyi kimi təkdir və dünyada baş verən hadisələri idarə edirsə, deməli bütün dinləri o cümlədən oda inanmaq, buddizm, induizm, xristianlıq, müsəlman və bir sıra başqa dinləri də o yaradıb.

Müqəddəs kitablarda da Allahın birbaşa bu dinlərin yaradıcılar (peyğəmbərləri ) ilə danışdıqları göstərilir. Sonradan islam, xristianlıq və başqa dinlərin onlarla qollarını yaradıb. İran 16-cı əsrə qədər sünnü müsəlman olub. Şiəlik Şah İsmail Xətaidən başlayır. Və islam dininə qulluq edənlərin təqribən 15 faizini təşkil edir. 

1979-cu ildən İran şiəliyi başqa ölkələrin şiəliyindən qismən fərqlənir. O cümlədən Azərbaycanda liberal şiəlik mövcuddur. Çox təəssüf ki, İranın başında durmuş azərbaycanlı şiə Xamenein siyasəti ilə Ermənistanla dostluq edir, Azərbaycanın Türkiyə və başqa ərəb ölkələri ilə dostluğunu qəbul etmir. 

İranın belə bir siyasət aparması yeni deyil, azı 30 il yaşı var. Türkiyənin cumhur başqanı Turqut Ozal Azərbaycanın yanında dayananda, İran Ermənistana yanacaq məhsulları, qaz vermək barədə düşünürdü. Ermənistanın xarici ticarətinin əsası İranladır. Azərbaycanın son müharibəsində də İran Azərbaycan qələbə çalana qədər ağzına su alıb dayanmışdı. 

İran bizim böyük qonşumuzdur. 19-cu əsrə qədər bizim İranla tariximiz eynidir. İran dünyanın, xüsusilə Azərbaycanın dəyişdiyini anlamalıdır. Əsl dostluq, qardaşlıq əlaqələrini yaratmalıdır. Nəzərə almalıdır ki, Azərbaycan heç vaxt İranın əleyhinə siyasət aparmayıb. İranın bu günə qədər Azərbaycana qarşı yürüdülmüş yaramaz siyasətini anlamayanlar nadan adamlardır və onlar Azərbaycanda yüksək vəzifələr daşıya bilməz. Bu tip insanlar faktiki İranın agentləridir”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər