Bu məşhurun anası həbs olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bu məşhurun anası həbs olundu - Foto

Şou

10 Fevral 2020 16:41 1326


İstanbulda polis bəzi həkimlərin pasiyentlərdən rüşvət tələb etməsi ilə bağlı əməliyyat keçirib.

"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çapa Tibb fakültəsində polisin apardığı araşdırma nəticəsində professor Məzhər Alp Bozbura adlı həkimin pasiyentlərin birindən əməliyyatınının vaxtını önə çəkmək üçün rüşvət aldığı məlum olub. Həkim xəstənin yaxınlarına İstanbuldakı Qapalı Çarşı ticarət mərkəzindən brilliant aldırıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində Məzhər Alp Bozbura, Didəm Bozbura və başqa bir nəfər həkim saxlanılıb. Saxlanılanların ifadəsi alındıqdan sonra həbs ediliblər. pizza hut

Həbs olunan Didəm Bozburanın Türkiyənin ən məşhur aşpazlarından olan, sosial şəbəkə fenomeni “Czn Burak” adı ilə tanınan Burak Özdəmirin anası olduğu bildirilir. Bişirdiyi yeməkləri fərqli üsullarla təqdim edən Burak Özdəmir sosial şəbəkələrdə həddən artıq məşhur şəxslərdən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!