Bu şəxslərə birdəfəlik müavinət veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Sosial

18 Noyabr 2022 12:21 809


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinətin təyin olunması şərtləri müəyyənləşir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət - Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə işləmək üçün azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda təyin olunacaq. Marqarita pizza

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!