Türkiyəli müğənni Bülənt Ərsoyun verilişi bağlanıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərsoyun aparıcılıq etdiyi "Show" telekanalında yayımlanan "Benzemez kimse bize" proqramı yayımdan qaldırılıb.
Proqramın digər aparıcısı Mustafa Kəsər verilişin bağlanmasında B.Ərsoyu günahlandırıb: Sezar pizza
"Proqrama başlamadan əvvəl bəzi problemlərin ola biləcəyini bilirdik, ancaq özündən həm yaşca, həm də sənət baxımından böyük birinin yanında daha hörmətli davranacağını düşündüyüm üçün verilişdə olmağı qəbul etdim. Təəssüf ki, yanılmışam. Hamınızdan buna görə üzr istəyirəm. Yuxarıda qeyd etdiyim problemlərin hamısı Bülənt Ərosyun yersiz kaprizlərindən qaynaqlanır. Yaxın zamanda mətbuat konfransı təşkil edərək daha geniş məlumat verəcəyəm".
Telegram kanalımız