Bundesliqada 30-cu tura start verildi  – “Borussiya” uduzdu
06 İyn 2020 09:24
224

Bundesliqada 30-cu tura start verildi – “Borussiya” uduzdu

Dünən axşam Almaniya Bundesliqasında 30-cu turun oyunlarına start verilib.

Yenisabah.az xəbər verir ki, iyunun 5-də yalnız  bir matç keçirilib. Münhenqladbax "Borussiya"sı "Frayburq"un qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolu 58-ci dəqiqədə Peterson rəqib komandanın qapısından keçirib.

Bu qələbə ilə xalını 41-ə yüksəldən "Frayburq" turnir cədəlinin 8-ci pilləsində qərarlaşıb, Münhenqladbax təmsilçisi isə 56 xalla 4-cü pillədə qalıb. 

Qeyd edək ki, siyahıya 67 xalla "Bavariya" başçılıq edir. 

 

Oxşar xəbərlər