“Bunu edən şəxs və onun komandası...” - Tanınmış aparıcıya kimlər hücum çəkirmiş?

saytların hazırlanması

Evə çatdırılma

“Bunu edən şəxs və onun komandası...” - Tanınmış aparıcıya kimlər hücum çəkirmiş?

Şou

15 Yanvar 2020 11:13 1314


Tanınmış teleaparıcı Azər Zahid yenidən efirə qayıdacağını deyib.

“Yeni Sabah” xəbər verir ki, Azər sosial şəbəkədə bununla bağlı yazaraq onu illərdir efirlərdən kənar saxlayan şəxsin vəzifədən getdiyini açıqlayıb. Aparıcı həmçinin sosial şəbəkədə yazdıqlarının da gizlədildiyini bildirib:

“Allah hər kəsin ürəyincə versin! Bu yaxınlara qədər düz 2017-ci il sentyabr ayından, yəni mənim ATV və ümumiyyətlə TV efirindən ayrıldığım gündən mənə aid sosial media hesablarım gün ərzində spam edilirdi, hide (gizli) rejiminə salınmışdı! Yəni ki, mənim hesablarım camaat üçün görünməz olmuşdu. Şükür Allaha ki, bunu edən şəxs və onun komandası artıq öz vəzifəsindən uzaqlaşdırılıb. İnşallah, televiziya efirlərində yenidən maraqlı layihələrlə qarşınızda olmağa çalışacağam”.  Pepperoni pizza

Qeyd edək ki, A.Zahid 2017-ci ildə ATV telekanalından ayrılıb. Buna aparıcının kanalın “ATV dizayn” qrupunun eks rəhbəri, rejissor Rauf Ocaqverdiyevlə münaqişə etməsi  səbəb olub. Belə ki, telekanalda yayımlanan “Top ulduzlar” layihəsinin çəkilişi zamanı onlar dava edib və münasibətləri pozulub. Buna görə də layihənin yarıdan çoxu efirə verilməyib. Qəzəblənən Azər Zahid telekanaldan ayrılmaq qərarına gəlib.

Xatırladaq ki, telekanaldakı dəyişikliklərdən sonra Rauf Ocaqverdiyev də işdən çıxarılmışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!