Bu şəxslər 40 manat CƏRİMƏLƏNƏCƏK -   20 oktyabrla bağlı VACİB XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər 40 manat CƏRİMƏLƏNƏCƏK - 20 oktyabrla bağlı VACİB XƏBƏRDARLIQ

İqtisadiyyat

15 Oktyabr 2026 16:43 237


Oktyabrın 20-də bir sıra vergi bəyannamələrinin təqdim edilməsi üçün son müddət başa çatır. Müəyyən edilmiş vaxtda hesabat təqdim etməyən vergi ödəyicilərini 40 manat maliyyə sanksiyası gözləyir.

Bu barədə “Yeni Sabah”a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2026-cı il oktyabrın 20-si cari ilin üçüncü rübü üzrə aşağıdakı bəyannamələrin təqdim edilməsinin son günüdür: pizza

Sadələşdirilmiş vergi bəyannaməsi;

Xüsusi notariuslar üzrə gəlir vergisi bəyannaməsi;

Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi;

Dövlət rüsumu haqqında hesabat və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə.

Həmçinin sentyabr ayı üzrə aşağıdakı bəyannamələrin də oktyabrın 20-dək təqdim edilməsi tələb olunur:

Uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəmə mənbəyində tutulan vergi;

Əlavə dəyər vergisi;

Aksizlər;

Yol vergisi;

Mədən vergisi;

Daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi;

Pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi.

Qeyd edək ki, hesabat dövründə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, eləcə də vergitutma obyekti olan ödəyicilər tərəfindən bəyannamələrin müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!