Bütün nazirliklər paytaxtdan köçürüləcək

saytların hazırlanması

Evə çatdırılma

Bütün nazirliklər paytaxtdan köçürüləcək

Dünya

20 Aprel 2026 11:16 6653


Misir paytaxtı Qahirə yaxınlığında sıfırdan yeni şəhər salmağa hazırlaşır. Layihə ölkədə artan əhali sıxlığı və infrastruktur problemlərinin həlli məqsədi daşıyır.

Modern.az xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Madbuli məlumat verib.

Onun sözlərinə görə, təxminən 27 milyard dollarlıq investisiya ilə həyata keçiriləcək iri şəhərsalma layihəsinin təməli artıq qoyulub. Yeni şəhər Qahirədən 60 kilometr şərqdə, səhrada inşa ediləcək və burada prezident administrasiyası, hökumət, nazirliklər, eləcə də parlament yerləşəcək. pizza hut

Layihə özəl sektorun nümayəndəsi olan Talaat Moustafa Group Holding və Misir Milli Bankı ilə tərəfdaşlıq çərçivəsində Yeni Qahirə ərazisində reallaşdırılacaq.

Məlumata görə, layihə çərçivəsində 155 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ümumilikdə 165 qüllədən ibarət olacaq kompleksdə yaşayış, inzibati və otel zonaları yer alacaq. Həmçinin 1,5 milyon kvadratmetrdən artıq yaşıllıq və açıq məkanların salınması planlaşdırılır.

Baş nazir qeyd edib ki, layihə Misir üçün şəhərsalma və iqtisadi inkişaf baxımından mühüm dönüş nöqtəsi olacaq. Onun sözlərinə görə, yeni şəhər beynəlxalq standartlara uyğun qurulacaq, burada karbon emissiyalarının azaldılması, ekoloji tarazlığın qorunması və səs-küyün minimuma endirilməsi əsas prioritetlər sırasında olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!