“Çakır” onunla evlənmək istəyirmiş

saytların hazırlanması

Evə çatdırılma

“Çakır” onunla evlənmək istəyirmiş

Şou

03 Noyabr 2025 17:44 614


Aktyor Oktay Kaynarca müğənni Çinarə Məlikzadə ilə ailə qurmaq istəyibmiş.

"Yeni Sabah" olay-a istinadla xəbər verir ki, evlilik təklifi birbaşa olmayıb: 

"İkimizin də mətbuat katibi var idi - Aygün xanım. Oktay Kaynarca ilə çox yaxındır, hətta toyunda sağdışı olub. Mənə həmişə eşitdirirdi. Mənim də Oktayın birbaşa deməməyi, kənarda qalmağı xoşuma gəlmişdi. Məsələn, digərləri birbaşa özümə demişdi. Amma bu dəfə Aygün xanım eşitdirirdi, deyirdi ki, o, heç kimi paylaşmır, gənc xanımla ailə qurmaq istəyir, övlad istəyir. Hər dəfə deyirdim ki, ona o gözlə baxmıram, qardaşım, atam yerindədir. Dördpendirli pizza

Aktyor kimi bəyənirəm, amma o gözlə baxmıram. Bir dəfə hoteldə tədbir idi, gördüm ki, Oktay Kaynarca da ordadır. Baxıram, deyirəm, odur yoxsa gözümə görünür. İfa edirəm, bilmirəm yaxınlaşım, ya yox, ayıb olar, yoxsa yox. Sonra dedim, yaxşı çıxmaz kişilərin yanına getmək...

Tədbirdən çıxmışam, yazıb ki, niyə mənimlə salamlaşmadın? Sonra getdim, dedim, üzrlü sayın, əlimlə uzaqdan salam verdim. Yanıma gəldi, görüşdük".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!