Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Cavanşir Quliyev nadir xəstəliyə yoluxub:  “Heç vaxt sağalmır”
22 İyl 2021 12:33
1186

Cavanşir Quliyev nadir xəstəliyə yoluxub: “Heç vaxt sağalmır”

Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir Quliyev nadir xəstəliyə yoluxub.

Yenisabah.az xəbər verir ki, bunu Bakupost.az -a C.Quliyevin özü deyib.

Bildirib ki, uzunmüddətli müalicədən sonra səhhəti nisbətən normallaşıb:

"İndi nisbətən yaxşıyam. Dünyada çox nadir xəstəliklərdən biri ilə mübarizə aparıram. Hansı ki, mində bir adamda olur. Autoimmun xəstəliyidir bu. Nədir bu xəstəliyin göstəricisi. İmmunitet sisteminin başı xarab olub sahibinə hücum etməyə başlayır. Məni qorumaq əvəzinə ziyan verir. Qısacası bədənimdə olan aşırı immunitetlə mübarizə aparıram”.

Bəstəkar bildirib ki, xəstəliyə qarşı qəbul etdiyi dərmanlar digər orqanlarını sıradan çıxarır:

“Xəstəliyin fəsadları çoxdur. Məndə dəridə qaşınma və suluqlu səpkilərlə başladı. Xəstəliyə qarşı aldığım müalicələr, qəbul etdiyim dərmanlar digər orqanlarımı tədricən sıradan çıxara bilər. Bu xəstəliyin nəticəsi şərti olaraq ölümdür. Təhlükəli xəstəlikdir. Heç vaxt sağalmır. Sadəcə aparılan müalicələrlə bir müddətlik yuxuya gedir. Ömürlük mənim qardaşımdır artıq bu xəstəlik”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər