“Çelsi” və PSJ səfərdə qaləbə qazandı
08 Apr 2021 00:59
543

“Çelsi” və PSJ səfərdə qaləbə qazandı

UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki oyunu baş tutub.

Yenisabah.az xəbər verir ki, matçlar qonaq komandaların qələbəsi ilə yekunlaşıb.

PSJ Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə məğlub edib. 

Gecənin digər oyununda isə İngiltərənin "Çelsi" klubu pandemiya səbəbindən İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda baş tutan qarşılaşmada Portuqaliya "Portu"suna 2:0 hesabı ilə qalib gəlib. Qolları 32-ci dəqiqədə Meyson Maunt, 85-ci dəqiqədə isə Bencamin Çilvell vurublar.

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də gerçəkləşəcək.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 2:3

Qollar: Erik Şupo-Motinq, 37, Tomas Müller, 60 - Kilian Mbappe, 3; 68, Markinyos, 28

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər