Çempionlar Liqası: İlk yarımfinalçılar bəlli oldu
14 Apr 2021 01:04
530

Çempionlar Liqası: İlk yarımfinalçılar bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları növbəti tura keçiblər.

London təmsilçisi 1/4 finalın ilk matçında Portuqaliyada 2:0 hesabı ilə qalib gəldiyi "Portu"ya evdə minimal hesabla uduzub - 0:1. Qonaqların heyətində oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Mehdi Taremi fərqlənib. Məğlubiyyətə baxmayaraq, "zadəganlar" yarımfinala vəsiqə qazanıblar.

PSJ isə doğma meydanda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qolu 40-cı dəqiqədə Erik Şupo-Motinq vurub. Buna baxmayaraq, Münhendəki ilk qarşılaşmada turnirin son qalibini 3:2 hesabı ilə məğlub edən Paris klubu səfər qolu sayəsində yarımfinala yüksəlib.

Çempionlar Liqası, 1/4 final mərhələsi

Cavab oyunları

23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1

Qol: Mehdi Taremi, 90+4

İlk oyun - 2:0

 

23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1

Qol: Erik Şupo-Motinq, 40

İlk oyun - 3:2

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün oynanılacaq "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) və "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunları ilə yekun vurulacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər