“Cənab Prezident, icazə versəniz, yaxınlaşardım” -   Müşavirədə maraqlı dialoq

saytların hazırlanması

Evə çatdırılma

“Cənab Prezident, icazə versəniz, yaxınlaşardım” - Müşavirədə maraqlı dialoq

Siyasət

12 Yanvar 2026 15:50 58498


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.

 Müşavirədə çıxış edənlərdən biri də Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov olub.

“Yeni Sabah” xəbərinə görə, o, görülən işlərlə bağlı çıxış edən zaman Prezidentə bir xahişlə müraciət edib. Pepperoni pizza

- Möhtərəm cənab Prezident, bu proqramın hazırlanmasını şərtləndirən amilləri və onun əsas tərkib hissəsi olan istiqamətləri göstərmək üçün icazənizlə təqdimata keçmək istərdim. İcazə versəniz, cənab Prezident, yaxınlaşardım.

Prezident İlham Əliyev:

- Buyurun.

Zaur Mikayılov:

- Möhtərəm cənab Prezident, əvvəlcə Bakı şəhərində və Abşeron yarımadasında bugünkü sosial-iqtisadi inkişaf və demoqrafik artımla əlaqədar bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da bu proqramın hazırlanmasında əsas amillərdən biridir. Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdır və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatmışdır. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilmişdir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tebriz
    Cənab prezident hər şeyi gözəl bilir
    4 months ago
  • Azəri
    Heç bilmirlər necə pul çəksinlər büccədən.80 ci illərin kanalizasiyasın bəhanə gətirməklə həryeri qazırlar uje oyrənc llub
    4 months ago
  • Leyli
    Eziz cenab prezident qetiyen inanmayin. Bu sizden ve dovlet budcesinden pul qoparmaq ucun bazirlanmis usuldur...hansiki bu üsulla budcefen milyonlarla pul ayirddiraraq boyuk bir qismini oz ciblerine qoyurlar ....bu qetoyen yol verilmezdir. Cunki ayrilan pullarin xerclerini gorulen islere baxib esablayanda realliq uze cixir. Gorunurki 5 milyon ayrilmis lahiye ye sadece yarim milyon pul xerclenib .bu dehsetli derecede yol verilmez sehvdir. 90 ci illerin kanalizasiyasi 35 ildir bakinin basina axmayibsa qorxusu indi niye gelib ?
    4 months ago