Ceyhun Bayramov Türkiyəni təbrik edib

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Türkiyəni təbrik edib

Siyasət

29 Oktyabr 2025 08:51 262


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində paylaşım edib.

"29 Oktyabr – Türkiyə Respublikasının qurulmasının qeyd olunduğu Respublika Günü münasibətilə qardaş və dost Türkiyəni ürəkdən təbrik edirəm. Dominos pizza

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir.

Əminəm ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.

Respublika Günün mübarək!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!