“ChatGPT”nin işində genişmiqyaslı nasazlıq baş verdi

saytların hazırlanması

Evə çatdırılma

“ChatGPT”nin işində genişmiqyaslı nasazlıq baş verdi

Rəqəmsal

19 İyul 2026 20:41 173


"OpenAI" şirkətinin "ChatGPT" çat-botunun işində genişmiqyaslı nasazlıq baş verib. Bir sıra ölkələrdən olan istifadəçilər xidmətdən istifadə zamanı problemlərlə üzləşdiklərini bildiriblər.

"Yeni Sabah" xəbər verir ki, nasazlıq barədə məlumatlar "Detector404" və "Downdetector" monitorinq xidmətləri tərəfindən təsdiqlənib.

"Detector404"ün Bakı vaxtı ilə saat 18:48-ə olan məlumatına görə, sistemdəki problemlərdən ən çox Almaniya (5%), ABŞ (5%), Niderland (4%), Rusiya (3%) və Böyük Britaniya (3%) istifadəçiləri şikayət ediblər. Qeyd olunur ki, bu göstəricilər region əhalisinin sayına uyğunlaşdırılıb. "Downdetector" saytında isə Portuqaliya, Yunanıstan, Azərbaycan və Polşa kimi ölkələrdən də nasazlıqlarla bağlı çoxsaylı müraciətlər daxil olub. pizza hut

Məlumata əsasən, şikayətlərin sayı Bakı vaxtı ilə saat 17:15-dən sonra əhəmiyyətli dərəcədə artmağa başlayıb. Saat 18:53-ə olan statistikaya görə, son sutka ərzində sistemə giriş və funksionallıqla bağlı təxminən 1 400 şikayət qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!