Çingiz Qənizadədən müxalifətə sərt sözlər - “Min oyundan çıxırlar”

saytların hazırlanması

Evə çatdırılma

Çingiz Qənizadədən müxalifətə sərt sözlər - “Min oyundan çıxırlar”

Siyasət

08 Fevral 2019 15:46 1006


“Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev müxalifətin fəaliyyətini dəyərləndirərərkən çox haqlı olaraq göstərir ki, Azərbaycanda müxalifət siyasi spektrin bütün tərkibilə təmsil olunsa da, pozucu, dağıdıcı, destruktiv müxalifət bütövlükdə, müxalifət adından danışmağa, onun funksiyasını təkbaşına mənimsəməyə çalışır. Halbuki, əsl müxalifət dövlətçilik, istiqlalçılıq prinsiplərini müdafiə etməli, milli maraqlar naminə heç bir pozucu fəaliyyətə yol verməməlidir. Təəssüf ki, müxalifət iqtidarla əməkdaşlıq, konsensus əvəzinə, bəzən aqressiv davranış tərzi nümayiş etdirir”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə rəsmi “Xalq qəzeti”ndə dərc etdirdiyi məqalədə yazıb. O, bildirib ki, dağıdıcı yol seçmiş, hakimiyyətə qeyri-sivil yollarla gəlmək istəyən radikal müxalifət unutmamalıdır ki, qarşıdurmalar, gərginliklər ölkədə nə qədər şiddətlənərsə, bir o qədər təhlükəli olar: “Son vaxtlar keçirilən  aksiyalar zamanı baş verən hadisələr, səsləndirilən şüarlar bir daha təsdiqləyir ki, belə aksiyaların təşkilatçılarının əsas məqsədi ölkədə qarşıdurma, xaos yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqdır. Məgər mitinq keçirməyə yer tapılmırmı? Şəhidlər xiyabanında aksiya keçirməyə cəhd edənlər unutmamlıdırlar ki, belə hərəkətlər insanlığa sığmayan addımdır. 

Mitinq, aksiya keçirmək üçün şəhərin mərkəzində, əlverişli yerdə meydan ayrılıb. Hətta aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını da dövlət öz üzərinə götürüb. Heç kəsə sirr deyil ki, sonuncu  mitinq yalnız yerli çağırışlarla başa gəlməyib. Xaricdəki antiazərbaycan dairələr, ölkəmizin inkişafını gözü götürməyən qüvvələr tərərfindən idarə olunan radikal, dağıdıcı müxalifət nümayəndələri  mitinqə çağırış ediblər. Baş verən hadisələr də təsdiqləyir ki, radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq və xarici havadarlarından aldıqları sifarişi yerinə yetirmək üçün  min oyundan çıxır, hətta Azərbaycanın  hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə  cəhd edirlər”. pizza sifarişi

Ç. Qənizadə bildirib ki, müxalifət adına ləkə gətirən belələrinin  çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiqləyir ki, onlar  dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindədirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!