Pandemiya dövründə ABŞ ordusunun 10 min əsgəri kökəlib.
Yenisabah.az CNA-ə istinadla xəbər verir ki, 2019-cu ilin fevralından 2021-ci ilin iyununa qədər həmin çağırışçılarda piylənməyə məruz qalıb. Hələlik tendensiyanın azaldığına dair heç bir əlamət yoxdur.
Bu vəziyyət ABŞ ordusunun hazırlığı ilə bağlı uzun müddətdir mövcud olan narahatlığı vurğulayır. Hərbi liderlər artıq on ildən çoxdur ki, piylənmənin orduya təsiri barədə xəbərdarlıq edir və pandemiyanın uzun sürən təsiri təcili tədbirlərin görülməsinə işarə edir. Sezar pizza
2022-ci ildə ordu ilk dəfə olaraq çağırış məqsədinə nail ola bilməyib və 15 000 əsgər əskikdir. Bu, əsasən, 17-24 yaşlı amerikalıların dörddə üçünün müxtəlif səbəblərdən, o cümlədən artıq çəkiyə görə hərbi xidmətə yararsız olması ilə bağlıdır.
Pandemiyadan əvvəl təxminən 200 000 əsgərin 27%-i artıq çəkidən əziyyət çəkirdi. Onların təxminən 18%-i ifrat dərəcədə kök idi və 2021-ci ilə qədər bu rəqəm 23%-ə yüksəlib.
Telegram kanalımız